ESSTCON Worker Image

Haqqımızda Niyə biz ? About

Biz illər ərzində elektrik güc avadanlıqları, o cümlədən, elektrik dizel generatorlarının quraşdırılması və təmiri, elektrik avadanlığının sınaqları, daxili elektrik təchizatı sistemlərinin quraşdırması, avtomatlaşdırılmış elektrik və mexaniki sistemlərin idarəetmə sistemlərinin quraşdırma və təmiri sahələrində əldə etdiyimiz ən yaxşı təcrübəni “ESSTCON”-da birləşdirdik. Sizə elektrik təchizatı sistemlərinin təhlükəsiz və etibarlı istismarı üçün yüksək keyfiyyətli xidmət təqdim edirik.


Ətraflı məlumat

VİZYONUMUZ

Vizyonumuz yaxın gələcəkdə yerli bazarda elektrik təchizatı sahəsində ən uğurlu və qabaqcıl şirkət olmaqla uzunmüddətli perspektivdə fəaliyyət dairəmizi xarici bazarlarda genişləndirməkdir.

MİSSİYAMIZ

Missiyamız elektrik təchizatı sahəsində qabaqcıl beynəlxalq standartları, təcrübəni və texnologiyaları, həmçinin sosial və ekoloji məsələlərdə məsuliyyəti təşviq etməklə öz müştərilərimizi yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etməkdir.

DƏYƏRLƏRİMİZ

“ESSTCON” MMC öz fəaliyyətini peşəkarlıq, səmərəlilik, keyfiyyətlilik, innovativlilik, komanda ruhu, əmədaşlıq, ətraf mühitin mühafizəsi, şəffaflıq dəyərləri üzərində qurur.